Şərh olunmuş referat
1. Ümumi mövzu altında birləşmiş bir neçə sənədin məzmunu ilə oxucunu tanış edir. 2. Bir neçə material və mənbə (məsələn, mətbuatla bağlı referat şərhi) tərtib edilir və referent tərəfindən onun mövzusuna bu mənbədən aid olan məqalələrin müstəqil olaraq seçilməsini (qəzetdən, jurnaldan, kitabdan, broşuradan və s.) nəzərdə tutur. Bəzən referentə müəyyən mənbələrdən onlardakı materialların xarakterindən asılı olmayaraq şərh etmək tapşırılır. Əksər hallarda belə şərhlər sözün əsl mənasında referat deyildir və hər bir material üzrə annotasiyadan ibarətdir. 3. Bu bir sıra materialları əhatə edən və məqsəd etibarilə onlardan hər birinin müxtəsər xarakteristikasını əhatə edən referatdır. Şərh referatı üçün material referent tərəfindən müstəqil olaraq seçilir. Buna görə də şərh referatını-şərt (ciddi) tematik çərçivə ilə məhdudlaşmayan yeganə referat tipi adlandırmaq olar. Mövzunun dəqiqləşdirilməsi referatın materialından asılı olaraq aparılır. Referat şərhi nəinki mövcud informasiya üçün, həm də sorğu-biblioqrafik material kimi xidmət edə, ona görə də daha konkret xarakterə malik ola bilər.